BaşlıcaSiyasət

Ruben Safrastyan: “Erdoğanın seçilməsi ilə Ermənistana təzyiqlər artacaq və sərtləşəcək”

Əvvəlki seçkilərlə müqayisə etsək, təbii ki, Erdoğanın mövqeləri zəifləyib, amma onu da qeyd etmək olar ki, o, yenə də müxalifət lideri Kılıçdaroğlundan daha çox səs toplaya bilib.  
Bu haqda türkoloq Ruben Safrastyan  jurnalist ilə söhbətində qeyd edib.

“Bundan başqa, Türkiyədə ikinci turun olması sübut edir ki, bu dəfə Türkiyənin siyasi qüvvələri reytinq baxımından bir-birinə daha yaxındır.

Bu da öz növbəsində Erdoğanın hakimiyyəti illərində Türkiyə cəmiyyətinin əvvəlki dövrlə müqayisədə  kifayət qədər qütbləşdiyini sübut edir.

Hər şeyə görə, Erdoğan 51 faizi üstələyə biləcək, çünki əslində Erdoğana 1-1,5 faiz daha çox səs lazımdır. Və o, asanlıqla əldə edə bilər ki, nəzərə alsaq ki, seçkinin üçüncü iştirakçısı Oğan açıq-aşkar pantürkist, ifrat millətçi baxışları olan bir şəxsdir.O, milliyyətcə azərbaycanlıdır və o, aydındır ki, öz tərəfdaşlarını  Erdoğanı dəstəkləəyə səsləyəcək”- deyə o, qeyd edib.

Türkoloq müxalifətin müəyyən addımlar atacağını istisna etməsə də, bir neçə şəraiti nəzərə alaraq bunu mümkünsüz sayır. “Gəlin ondan başlayaq ki, Kılıçdaroğlu sakit insandır, ona türk Qandisi deməsi də təsadüfi deyil. Yəni o, fikirlərində zorakılığı dəstəkləmir. Erdoğanla müqayisə etsək, fərq göz qabağındadır.

Digər tərəfdən müxalifətin çoxlu sayda insanı küçələrə çıxarmaq üçün elə resursları yoxdur.Üçüncü hal odur ki, müxalifət amerikalılarla daha sıx əlaqədədir və ABŞ üçün ən önəmlisi odur.

Türkiyənin coğrafi mövqeyi və ABŞ-ın müttəfiqi kimi əhəmiyyəti, xüsusən də Yaxın Şərqdəki əhəmiyyəti nəzərə alınmaqla, Türkiyədə sabit vəziyyət olmalıdır.

Bu halları nəzərə alsaq, kütləvi üsyanların və fikir ayrılıqlarının olmayacağını iddia etmək ehtimalı daha yüksəkdir, xüsusən də Erdoğan artıq qalib gəldiyindən və ikinci turda da qalib gəlmə ehtimalı olduğundan, o, kütləvi aksiyalarda da maraqlı deyil” – deyə Safrstyan bildirib.

Onun sözlərinə görə, Erdoğanın qələbə qazanacağı təqdirdə ölkənin regiondakı siyasəti ümumilikdə eyni şəkildə davam edəcək.

“Strateji baxımdan Türkiyə Erdoğanın rəhbərliyi altında qəbul etdiyi siyasi xətti qarşıdakı illərdə də davam etdirəcək. Yəni ABŞ və AB-nin strateji müttəfiqi olaraq qalmaqla yanaşı, Rusiya ilə müəyyən əməkdaşlıqdan da fayda əldə etməyə çalışacaq.

Ermənistanla bağlı siyasət nəinki eyni qalacaq, həm də Ermənistana təzyiqlər artdıqca Türkiyə daha sərt mövqe tuta bilər.

Qarşıdakı illərdə Türkiyənin regionda strateji hədəfinə çatması, yəni Rusiyanı sıxışdıraraq Cənubi Qafqazda güc mərkəzinə çevrilməsi önəmli olacaq və bu məqsədə çatmaq üçün Türkiyə Ermənistanı bir o qədər zəiflətməlidir. mümkün qədər Azərbaycanın maksimalist yanaşmalarından istifadə edərək , Ermənistana, Artsaxa qarşı qızışdıracaqdır”.

Bunu nəzərə alan türk ekspertin fikrincə, Türkiyənin Ermənistana qarşı daha sərt mövqe sərgiləyəcəyini gözləmək lazımdır.

“Nemesis heykəli ilə bağlı son hadisələr. Türkiyənin hava məkanını bağlayaraq atdığı addımla artıq tarixi yaddaşımızın sahəsinə girməyə, onun bəzi hissələrini Türkiyənin xeyrinə tarixi yaddaşımızdan bəyənmədikləri hissələri dəyişməyə çalışdığını görürük.  Düşünürəm ki, belə addımlar Türkiyə  tərəfindən davam etdiriləcək” – deyərək Safrastya bildirib.

Daha çox göstər
Back to top button