Başlıcaİctimaiyyət

Ermənistanın “ArmSat-1” peykinin idarəetmə mərkəzi istismara hazırdır

Ermənistanın kosmosa buraxılan ilk peyki “ArmSat-1”-in idarəetmə mərkəzi tam təchiz olunub və istismara hazırdır.

Bu barədə ER yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bildirdi.

Nazir qeyd edib ki, 2022-ci ildə yeni inkişaf hədəfi və yeni təşəbbüs kimi dövlət büdcəsindən ayrılan vəsait Ermənistanın ilk Yer kürəsini məsafədən müşahidə peykinin orbitə çıxarılmasına və kosmik fotoşəkillərin alınmasına yönəldilib.

“Peyk artıq istismardadır, mütəmadi olaraq fotoşəkillər alınır və müqavilədə nəzərdə tutulmuş idarəetmə mərkəzi tam təchiz olunub və istismara hazırdır. Layihə çərçivəsində təlim keçmiş erməni mütəxəssislər tezliklə peykin idarəçiliyini öz üzərinə götürəcək və peykin faktiki idarə olunması Ermənistan Respublikası ərazisindən həyata keçiriləcək”, – nazir bildirdi.

Xatırladaq ki, Ermənistanın ilk peyki “ArmSat-1” 2022-ci il mayın 25-də kosmosa buraxılıb.

Daha çox göstər
Back to top button