Ekonomika

Ermənistanın iqtisadi aktivlik indeksi 5 ayda 12,5 faiz artıb

Ermənistanın iqtisadi aktivlik indeksi 2023-cü ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artıb.

Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsindən bildirlib.

Cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 3 faiz artıb. Yanvar-may aylarında 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə ticarət dövriyyəsinin artımı 24,5 faiz təşkil edib.

2023-cü ilin ilk 5 ayında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb, sənaye məhsullarının qiymət indeksi isə 1,6 faiz azalıb. Bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 86,9 faiz artıb.

Daha çox göstər
Back to top button