Artsax olan gücü ilə düşmənlə mübarizə aparır

Düşmənin niyyətinin əksinə olaraq, Artsaxda onlar öz vətənlərini tərk etmək haqda düşünmürlər, əksinə, biznes qurub, onu inkişaf etdirmək yollarını axtarırlar.
“Radiolur”un qəhrəmanı blokadanın gərginliyindən çıxmaq üçün dondurma istehsalına başlayıb. O, hətta onlayn dondurma hazırlamaq kurslarında iştirak edib. İndi məqsəd genişlənməkdir, xüsusən də havaların isti keçməsi ilə dondurmaya tələbat artıb.
Yemək və xüsusilə uşaqlar üçün şirniyyat axtarışı Artsaxdan olan Şuşanı internetdə dondurma reseptləri tapmağa və onları evdə hazırlamağa məcbur etdi. Hərkəs həyəcanlı idilər. Növbəti addım satış üçün istehsal etmək idi.
“Bir neçə gün ərzində çox populyarlaşdı. Artıq Instagram və Facebook saytı açmışdım. Çox məşhur oldu. Böyük tələbat vardır”.
Düşmən Artsax vətəndaşının evini tərk etməsi üçün hər şeyi edərkən Şuşan mühasirəyə alınmış Artsaxda biznes qurub. Həcmləri artırdı, toplu sifarişlər qəbul etməyə başladı. Sonra artıq dükan və emalatxana açmaq barədə fikirləşdi.
“Artıq bir aydan çoxdur ki, kiçik mağazamız fəaliyyət göstərir. “Sweets by Yeganyan»” adlanır. Meyvə dondurmaları istehsal edirəm.
Bir gün əvvəldən dondurmanı sabah neçədə hazırlayacağımı əvvəlcədən planlaşdırıram ki, bir az uzunmüddətli işıq olsun. Məsələn, gecələr onu söndürmürlər. Gecə hazırlayıram ki, yaxşı soyusun və ertəsi gün hazır olsun”,- deyə o vurğuladı.
Mühasirə şəraitində biznesə başlamaq hər şeydən əvvəl stressdən çıxmağın bir yolu idi, sonra isə bu həm də düşmənə Artsax vətəndaşının öz torpağını tərk etmək fikrində olmadığının sübutu idi.
“Mühasirə şəraitində insan artıq dəli ola bilərdi. İmkansızlıqdan, qeyri-müəyyənlikdən nə edəcəyinizi bilmirdiniz. Bu təşəbbüslə düşmənə öz ölkəmizdə, nə qədər çətin olsa da, nəsə yaradacağıq, işləyəcəyimizi göstərmək üçün özümdə güc tapmağa başladım”.







