
Artsax Kənd Təsərrüfatı və Kənd Təsərrüfatına Dəstək Fondu bəyanat yayaraq, Artsax prezidentinin Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüşündə iki günlük un tədarükü barədə danışması ilə bağlı şayiələri təkzib edib.
“İyunun 15-dən sonra müxtəlif dairələr tərəfindən bu cür dezinformasiyaların yayılmasına, daxili şikayətlərə sövq edilməsinə cəhd edilib. Lakin buna baxmayaraq, belə bir narahatlıq doğuran vəziyyət yaranarsa, bunu ilk olaraq hökumət elan edəcək.
Hazırda unun və tezliklə yığılacaq buğda ehtiyatlarının vaxtında saxlanması sayəsində vəziyyət idarə olunur.
Belə təxribatlara və saxta xəbərlərə inanmayın”, – məlumatda vurğulanıb.







