
Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan hesab edir ki, bu gün Dağlıq Qarabağda tam etnik təmizləmənin qarşısını almaq, 120 min erməninin öz vətənlərində ləyaqətlə yaşamaq hüququnu qorumaq imkanı var.
Bu barədə o, rəsmi Twitter mikrobloqunda yazıb.
Marukyan vurğulayıb. “30 ildir ki, ATƏT və digər beynəlxalq ifaçılar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox böyük səylər göstəriblər.
Halbuki 22.07.23-də Azərbaycan prezidenti öz oxşar şərhlərinə əlavə olaraq, sözün əsl mənasında etiraf edib ki, onun “ömürlük missiyası” müharibədə qalib gəlməkolub”.
Marukyan vurğulayıb ki, biz Azərbaycanın dünya nizamının və qanununun istənilən norma və prinsipinə qarşı çıxardığı 2020-ci il müharibəsinin dəhşətli nəticələri ilə üzləşirik.
Lakin bu gün Dağlıq Qarabağın tam etnik təmizlənməsinin qarşısını almaq, müdafiə etmək imkanı var. 120 min erməninin öz vətənlərində ləyaqətlə yaşamaq hüququnu qorumaq imkanı mövcuddur..
“Laçın dəhlizinin blokadasına son qoyulsun” – deyərək o, yekunlaşdırıb.







