BaşlıcaSiyasət

Davit İşxanyan bir sıra ölkələrin parlamentlərinin spikerlərinə məktublar göndərib

DQ parlamentinin sədri Davit İşxanyan Rusiya Federasiyası Dövlət Dumasının, İran İslam Respublikası parlamentinin, Fransa Respublikası senatının,  ABŞ senatının ABŞ Konqresinin, eləcə də Avropa parlamentinin spikerlərinə məktublar göndərib.

Qarabağ parlamentindən verilən məlumata görə, məktublar həmin ölkələrin Yerevanda olan səfirliklərinə göndərilib.

Qarabağ xalqının hüquqlarını və hökm sürən humanitar böhranı və Azərbaycanın tətbiq etdiyi blokadanı təqdim edən parlament sədri vurğulayıb ki, Azərbaycanın məqsədi erməni xalqını aclıqdan öldürmək və soyqırım siyasətini davam etdirməkdir.

“Min illərdir ki, Qarabağ , erməni sivilizasiyasının qalası və erkən xristianlığın mərkəzi olmuşdur. Qarabağ xalqı uzun müddətdir ki, Osman hökmranlığının  soyqırım rejiminin dəhşətindən öz azadlığı və öz müqəddəratını təyin etmək üçün keçilməz kimi görünən qüvvələrə qarşı mübarizə aparıb.

Və bu gün Azərbaycanın qəddar rejiminin daimi təhlükəsinə baxmayaraq, biz çoxlarının arzuladığı demokratik cəmiyyət qurmuşuq” – deyərək məktubda vurğulanır.

Davit İşxanyan bu ölkələrin parlamentlərindən Azərbaycan təhdidlərini neytrallaşdırmaq, insanların fundamental və ayrılmaz hüquqlarını qorumaq üçün siyasi və diplomatik kanallar vasitəsilə təzyiq göstərəcəyini gözləyir.

Daha çox göstər
Back to top button