
Azərbaycan tərəfindən etnik təmizləmə, aclıq və məcburi köç siyasətini nəzarə alsaq, çox böyük səylər göstərmək lazımdır ki, Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq arzusu olsun.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal” (WSJ) qəzetinə müsahibəsində deyib.
100 min erməninin gələcəyi barədə danan baş nazir bildirib ki, qısa müddətdə hökumətin vəzifəsi qaçqın vəziyyətinə düşmüş soydaşlarının ən aktual ehtiyaclarını ödəməkdir.
“Orta müddətli perspektivdə onların layiqli həyat sürmək imkanını təmin etməliyik. Bizim yanaşmamız ondan ibarətdir ki, əgər onların Dağlıq Qarabağa qayıtmaq imkanı və ya arzusu yoxdursa, biz onların Ermənistan Respublikasında qalmaları, yaşamaları və işləmələri üçün hər şeyi etməliyik”, – Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, erməni köçkünlərin gələcəyinin necə olacağı daha çox Azərbaycanın onlara hansı təklifi verməsindən, hansı mövqe tutmasından, Azərbaycanın hansı şəraiti yaratmasından asılıdır. Bu kontekstdə beynəlxalq ictimaiyyətin də nəyə dəstək verməsi vacibdir.







