
Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunun açılış mərasimində çıxış edib. Ermənistanın baş naziri çıxışında Ermənistan hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” layihəsinin əsas konsepsiyalarını təqdim edib.
Onun sözlərinə görə, bu layihə regionda sülh gündəliyinin tərkib hissəsidir.
“Biz hazırda Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması müqaviləsinin layihəsi üzərində işləyirik və ümid edirəm ki, bu proses yaxın aylarda uğurla başa çatacaq”, – deyə o bildirib.
“Dünyanın kəsişməsi” layihəsinin əsas əhəmiyyəti Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır.







