BaşlıcaSiyasət

Kanadanın Xİ naziri Ermənistanın Baş nazirinə:  “Məqsədimiz Ermənistana bu çətin vəziyyətdə kömək etməkdir”

Baş nazir Nikol Paşinyan Kanadanın Xarici işlər naziri Melani Colini qəbul edib. Verilən məlumata görə, bu haqda ER Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumatlandırıb.

Baş nazir Paşinyan nitqində xüsusən qeyd edib:

“Hörmətli nazir xanım , əziz dostlar, Sizi ölkəmizdə salamlayır və deyirəm Xoş gəlmisiniz.  İcazə verin, ilk növbədə, Kanadanın ölkəmizdə səfirliyinin açılmasından məmnun olduğumu ifadə edim və inanıram ki, bu, ikitərəfli münasibətlərimiz üçün həqiqətən əlamətdar xoş hadisədir.

Bunun bir sıra danışıqların və səfərlərin nəticəsi olduğunu vurğulamaq çox vacibdir. Yadımdadır, bu barədə söhbət 2018-ci ildə Baş nazir Trüdo Ermənistana səfər edərkən bizim söhbətimiz olub.

Ondan sonra xüsusi nümayəndə Dion bizə baş çəkib, daha sonra Ermənistanda demokratiyanın dəstəklənməsi ilə bağlı hesabat dərc olunub.

Əlbəttə, biz Sizin şəxsi töhfənizi və səylərinizi olduqca yüksək qiymətləndiririk. Ermənistana xoş gəlmisiniz”.

Öz növbəsində Melani Coli Baş nazirə səmimi qəbula görə təşəkkür dərək qeyd edib:

“Mən əminəm ki, Ottavadan olan cənab Baş nazir öz  hissləriylə ürəyində bizimlə birlikdə səfirliyin açılışını qeyd edir.

Biz şadıq ki, Ermənistanda Ermənistanı yaxşı tanıyan ilk səfirimiz var, çünki o, uzun müddət Ermənistan xətti üzrə  xarici əlaqələr şöbəsində çalışı

O, həm dəbizim ölkəmizdə   Sizin    heyrətli  səfirinizin yaxın dostudur və o, da indi bizimlədir.

Biz Ermənistan üçün kifayət qədər çətin olduğunu bildiyimiz bir dövrdə Sizin yanınıza gəlmişik. Biz 19-20 sentyabr hadisələrini izlədik və təbii ki, məqsədimiz bu çətin vəziyyətdə Ermənistana kömək etmək, eləcə də regionun daha sülh və sabitlik şəraitində olmasını dəstəkləməkdir.

 Biz bunu ilk növbədə AB missiyasında iştirak etməklə edirik, AB missiyasında iştirak edən yeganə AB üzvü olmayan ölkəyik. Bu, Ermənistanda daha artıq iştirakın təmin edilməsi məsələsində ilk addımdır.

Bu gün biz çoxsaylı  etnik ermənilərin Dağlıq Qarabağdan zorla çıxarılması nəticəsində yaranan problemlərin həlli üçün AB-nin humanitar yardımı üçün yeni maliyyə vəsaitinin ayrıldığını elan etdik.

Biz Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin səylərini dəstəkləyirik”.

Kanadanın Xarici işlər naziri əlavə edib ki, o, sabah Ermənistanın Cənubuna səfər edərək yerli hakimiyyət orqanları və Dağlıq Qarabağdan zorla deportasiya edilmiş insanlarla görüşəcək.

Nikol Paşinyan Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində 100 mindən çox soydaşımızın Dağlıq Qarabağdan məcburi deportasiyasına və yaradılan humanitar vəziyyətə toxunaraq, bu kontekstdə mövcud problemlərin həllində beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.

Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq, eləcə də regionda sülh və sabitlik prinsipləri əsasında regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması imkanlarını müzakirə ediblər.

Ermənistan-Kanada əməkdaşlığının gündəminə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button