Ekonomikaİctimaiyyət
Məqsədimiz Yaxın Şərq, Avropa, Asiya və Amerikaya ticarəti şaxələndirməkdir։ Kerobyan

ER İqtisadiyyat naziri Vahan Kerobyan oktyabrın 26-da Londonda keçirilən Ermənistan-Britaniya biznes forumunda iştirak edib. Konfrans zamanı iqtisadiyyatın ümumi məsələləri, biznes mühiti, o cümlədən enerji, infrastruktur, logistika və texnoloji imkanlarla bağlı məsələlər müzakirə olunub.
Nazir qeyd edib ki, Ermənistan Yaxın Şərq, Avropa, Asiya və Amerikaya ticarəti şaxələndirmək məqsədi ilə bir sıra ölkələrlə ticarət əlaqələrini fəal şəkildə təkmilləşdirir.
“Biz ticarət və investisiyalar üçün əlverişli mühitin yaradılmasına, maneələrin aradan qaldırılmasına və əməkdaşlığın təşviqinə sadiqik. ER iqtisadiyyatı son üç ildə iki dəfə artıb, nəticədə 2023-cü ildə adambaşına düşən ÜDM 8 min dollar olacaq”.







