Kerobyan Giorgi Axalkatsi ilə AYİB tərəfindən Ermənistanda həyata keçirilən proqramları müzakirə edib

ER iqtisadiyyad naziri Vahan Kerobyan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Drakinosu və AYİB-in Ermənistandakı nümayəndəliyinin rəhbəri Georgi Axalkatsini qəbul edib. Tərəflər AYİB-in Ermənistanda həyata keçirdiyi layihələri və əməkdaşlıq perspektivlərini müzakirə edib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə kənd təsərrüfatı, xüsusilə də ekoloji təmiz kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”ın inkişafı, yüngül sənaye, sahibkarlıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Kapital bazarının inkişafına, özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və dövlət-özəl tərəfdaşlığa da toxunulub.
Nazir Gyumridə “quru limanı” və sənaye parklarının yaradılması layihələrini təqdim edib, həmçinin ER-də iqtisadi cəhətdən mürəkkəb malların istehsalı ilə məşğul olan kommersiya şirkətlərinə dövlət dəstəyinin göstərilməsi üzrə yeni proqrama toxunub.







