
Ermənistan Respublikası hökuməti “Sülh kəsişməsi” layihəsini videoçarxda təqdim edib. Verlilən məlumata görə, hökumət “Sülh kəsişməsi” layihəsini sülh gündəliyinin mühüm hissəsi kimi hazırlayıb təqdim edir.
Həmin layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı ilə kommunikasiyaların inkişafıdır.
“Otuz ildir ki, Ermənistanın cənubundan və şimalından keçən dəmir yolları regional miqyasda işləmir, Şərqlə Qərbi birləşdirən bir çox magistral yollar da işləmir, halbuki bu yolların yenidən işə salınması Ermənistanı birləşdirən qısa və səmərəli marşrut olacaq.
Həmin layihənin məntiqi Ermənistan, Türkiyə, Azərbaycan, İİR arsında kommunikasiyaların inkişafıdır xüssiylə,Xəzər dənizindən Aralıq dənizinə həm dəmir yolu, həm də avtomobil yolu ilə bağlayan qısa və səmərəli istiqamət olardı.
Otuz ildir ki, Ermənistanın Cənubundan və Şimalından keçən dəmir yolları regional səviyyədə işləmir, Şərqlə Qərbi birləşdirən bir çox magistral yollar da işləmir və bu yolların yenidən açılması Ermənistanın Cənub-Şərqindən birləşən qısa və səmərəli marşrutu təmin edərdi. Xəzər dənizindən Aralıq dənizinə həm dəmir yolu, həm də avtomobil nəqliyyatı ilə bağlayardı.
Eyni şəkildə, bu dəmir yolu və avtomobil kommunikasiyaları Fars körfəzini Qara dənizə, o cümlədən Gürcüstan limanlarına bağlamaq üçün təsirli yol ola bilər.
Bu proqram regionumuzun bütün ölkələrinə böyük fayda verəcək və mən hökumətlərin və özəl investorların diqqətini bu fürsətə cəlb etmək istəyirəm” – deyərək Baş nazir Nikol Paşinyan Tbilisidə keçirilən beynəlxalq İpək Yolu konfransı ərzində bəyan edib.







