Ekonomikaİctimaiyyət

TransferGo pul köçürmə xidməti Ermənistan bazarına daxil olur

Aparıcı beynəlxalq onlayn pul köçürmə xidməti olan TransferGo Ermənistana daxil olacağını elan edib.

İndi Avropa ölkələrində işləyən və yaşayan ermənilər bir neçə dəqiqə ərzində xaricdən Ermənistan banklarının kartlarına pul köçürə biləcəklər.

Pul köçürmələri həm erməni dram, həm də ABŞ dolları və ya avro ilə mümkündür.

“TransferGo-da məqsədimiz təkcə pul köçürmək deyil. Biz müştərilərimizin xərclərini azaltmağa və vaxtlarına qənaət etməyə çalışırıq.

Biz çox şadıq ki, indi Avropa ermənilərinə öz xidmətlərimizi göstərə bilirik”,- deyə “TransferGo”-nun həmtəsisçisi Daumantas Dvilinskas bildirdi.

Beynəlxalq onlayn köçürmələrə tələbat hər il artır və TransferGo müştərilərin və xidmət göstərilən ölkələrin sayında artım müşahidə edir. Son vaxtlar dünyada TransferGo müştərilərinin sayı 6 milyonu ötüb və Ermənistandan başqa, bu sürətli və sərfəli pul köçürmələri sistemi Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrdə də fəaliyyət göstərir.

TransferGo real vaxt rejimində sürətli və təhlükəsiz beynəlxalq pul köçürmələrini təmin edən qlobal onlayn xidmətdir. TransferGo 2012-ci ildə Böyük Britaniyada yaradılıb və baş ofisi Londonda yerləşir. Hazırda şirkət Avropa, Asiya, ABŞ, Kanada və Latın Amerikasının 160 ölkəsinə pul köçürmələri həyata keçirir və Vilnüs, İstanbul və Varşavada ofisləri var.

Daha çox göstər
Back to top button