
Braziliya Ermənistanla həmrəyliyini ifadə edir və Dağlıq Qarabağdan məcburi köçkünlük nəticəsində yaranan sağlamlıq problemlərinin həllinə kömək etməyə hazırdır.
Bu barədə Braziliya Federativ Respublikasının ER-dəki Fövqəladə və səlahiyyətli səfiri Fabio Vaz Pitaluqa Səhiyyə naziri Anahit Avanesyanla görüşündə bildirib.
ER Səhiyyə nazirliyi bildirir ki, səfir məcburi köçkünlərin problemlərinin həlli istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib.
İki ölkə arasında səhiyyənin bir sıra sahələrində dialoqun inkişaf etdirilməsi üçün razılıq əldə edilmişdir, məsələn:ictimai səhiyyə; ana və uşaq sağlamlığının tibbi mühafizəsi, ilkin səhiyyə xidmətinin inkişafı, bilik və təcrübə mübadiləsi proqramları və s… Bu istiqamətlərdə əməkdaşlıq müqaviləsi hazırlanır.
Mətn factor.am-ə məxsusdur.







