
Son hadisələr göstərir ki, ən azı yaxın perspektivdə ermənilərin Stepanakertə, Şuşaya, Bakıya və ya tarixən erməni olan yaşayış məntəqələrinə qayıtması mümkün deyil.
Parlamentin sədri Alen Simonyan bu haqda parlamentdə jurnalistlərlə söhbətində deyib.
“Biz yalnız sülhdən danışmaq naminə sülhdən danışırıq, yoxsa həqiqətənmi sülhə hazırıq? Bu sülh, nifrətin qızışdırılması, insanları etnik zəmində qarşıdurmaya məruz qoymaqla, etnik təmizləmə kimi hallar istisna olmaqla, bu gün qurulmalıdır” – deyə o, bildirib.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətindən danışan Simonyan bildirib ki, onlar bu yaxınlarda hər şeyin qaydasında olduğunu, heç bir atışma, təxribat olmadığını bəyan ediblər.
“Əgər geri qayıtmaq istəsəydilər, insanların bir gündə ərazidən qaçmasına icazə verməzdilər. Bu danışıqlarason qoyulmalıdır”.







