
Roma Statutunun ratifikasiyası Ermənistanın demokratikləşmə prosesini davam etdirmək əzminin təzahürüdür. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı nazirlərinin görüşündə bildirib. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.
O, Şərq Tərəfdaşlığının Ermənistanda demokratik keçid prosesinə töhfə verdiyini vurğulayıb.
“Son illərdə üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq, Ermənistanda demokratikləşmə prosesi və iddialı islahat proqramının həyata keçirilməsi bir saniyə belə dayanmayıb.
Mirzoyan əlavə edib ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə qoşulmaqla beynəlxalq hüquq sisteminin möhkəmlənməsinə töhfə verib, eyni zamanda öz milli maraqlarına əsaslanan qərarlar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib.
ER XİN rəhbəri çıxışında Avropa Komissiyasının Moldova və Ukrayna ilə üzvlük danışıqlarına başlamaqla, Gürcüstana namizəd statusunun verilməsini Avropa Şurasına təklif etmək qərarını alqışlayıb.
Ararat Mirzoyan əmin edib ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Aİ ilə yaxınlaşmaq istəyir.







