BaşlıcaSiyasət

KTMT-nin baş katibi dekabrın 21-də Yerevana səfər edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də Yerevana səfər edəcək və Minskdə keçirilən KTMT sammitinin nəticələrini müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. “Armenpress” xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

“2023-cü il dekabrın 21-də KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Yerevana səfər edəcək və səfər zamanı ER xarici işlər naziri Ararat Mirzoyan ilə görüşəcək. KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, Milli Təhlükəsizlik Şuraları Komitəsinin və KTMT Kollektiv Təhlükəsizlik Şurasının katiblərinin 2023-cü ilin noyabrında Minskdə keçirilmiş birgə iclasının müzakirəsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

2023-cü ildə Ermənistan KTMT-nin Minkdə keçirilən iclaslarında iştirak etməyib. Görüşlərdən sonra KTMT baş katibinin görüşlər nəticəsində əldə olunmuş razılaşmaları təqdim etmək üçün Yerevana gedəcəyi açıqlanıb.

Daha çox göstər
Back to top button