AB Dunya Miyatoviçin DQ-a səfərinin yekunlarına dair hesabatını alqışlayır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Ermənistan, Azərbaycan və Dağlıq Qarabağa səfərinin yekunları ilə bağlı dərc etdiyi hesabata münasibətdə Avropa Birliyinin nümayəndə heyəti İttifaqın adından və iclasda bəyanatla çıxış edib.
Yanvarın 17-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinə üzv ölkələr bəyənatla çıxış ediblər. Bu haqda AŞ-da ERnümayəndəliyindən məlumatlandırılıb.
“Bəyanatda AB komissarı Miyatoviçin dərc etdiyi hesabatı alqışlayır. Komissarın sözləri Azərbaycanın 19 və 20 sentyabr tarixlərində keçirdiyi hərbi əməliyyatlar nəticəsində yaranmış son dərəcə çətin vəziyyət və Dağlıq Qarabağ ermənilərinin kütləvi surətdə köçürülməsi ilə bağlı doqquz aylıq blokadadan sonra AB-nin əvvəllər səsləndirdiyi bəyanatları əks etdirir. Həmçinin Laçın dəhlizində həddindən artıq narahatlıqların olduğu vurğulanıb
AB Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinə, qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıtması üçün şəraitin yaradılmasına önəm verir.
Həmçinin vurğulanır ki, yerli əhalinin mədəni və dini irsi və mülkiyyət hüquqları səmərəli şəkildə qorunmalı və təmin edilməlidir.
“Avropa Birliyinin bəyanatına Albaniya, Andorra, Lixtenşteyn, Monako, Monteneqro, Şimali Makedoniya, San Marino və Serbiya da qoşulub” – deyərək mesajda bildirilib.







