
Kanadalı ilk ekspert AB-nin Ermənistandakı missiyasına yaxın aylarda qoşulacaq. Bu haqda Ermənistanın İctimai radiosuna AB Ermənistandakı nümayəndə heyətindən bildiriblər.
“Missiya şəxsi heyətinin ümumi sayı yerlilər də daxil olmaqla 103 nəfərdir. Hazırda missiyada 48 müşahidəçi (hər operativ mərkəzində 8 müşahidəçi) var. Missiya üzvləri Avropa Birliyinə üzv 23 dövləti əks etdirir. Kanadalı ilk ekspert missiyaya yaxın aylarda qoşulacaq”-deyə AB nümayəndə heyətindən qeyd ediblər.
AB Avropa sülh fondu çərçivəsində hansı dəstəyi göstərdiyi sualına toxunaraq AB nümayəndə heyətinin ofisindən cavab veriblər ki, “AB tərəfdaşların silahlı qüvvələrini hərbi və müdafiə sahələrində bacarıqlarını möhkəməndirmək üçün insan hüquqları beynəlxalq hüququna və beynəlxalq humanitar hüquqa uyğun olaraq hər cür avadanlıq və infrastrukturla təmin edir.
Hesabatlara gəlincə, AB missiyası patrul hesabatları yalnız daxili istifadə üçün hazırlayır. “Biz bu besabatların məzmununu xarici auditoriya üçün açıqlamırıq. Brüsseldə AB üzv ölkələri missiyanın işi barədə ardıcıl olaraq məlumatlandırılır”.







