BaşlıcaSiyasət

ABŞ kəşfiyyatı:  “Azərbaycanın Naxicevanı birləşdirən quru dəhlizə olan tələbi silahlı münaqişə riskini artıracaq”

Ermənistan-Azərbaycan münasibətləri çox güman ki, gərgin olaraq qalacaqdır.

 “Lakin Azərbaycanın Dağlıq Qarabağı qaytarması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq”. Bu haqda martın 11-də dərc edilmiş “ABŞ Kəşfiyyat Cəmiyyətinin İllik Təhdid Qiymətləndirilməsi” adlı hesabatda bildirilib.

“Lakin hələ də ikitərəfli barışıq sazişi yoxdur, onların silahlı qüvvələri bir-birinə yaxındır, atəşkəs rejiminin həyata keçirilməsi mexanizmi yoxdur və Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq naminə hərbi təzyiqdən istifadə etməyə hazırdır”.

“Bundan başqa, Dağlıq Qarabağda hakimiyyətin etnik ermənilərdən azərbaycanlılara keçməsi və Azərbaycanın onun anklavını birləşdirən quru dəhlizinin yaradılmasını tələb etməsi silahlı münaqişə riskini artıracaq” – deyə hesabatda bildirilir.

Sənəddə bildirilir ki, 2023-cü ilin sentyabrında Azərbaycan “Dağlıq Qarabağ Müdafiə qüvvələrinin məğlubiyyətinə və Dağlıq Qarabağın de-fakto hökumətinin təslim olmasına səbəb olan hərbi əməliyyat keçirib”.

“Regionun etnik erməni əhalisinin böyük hissəsinin sürətlə ölkədən getməsi və hökumətin planlaşdırılan süqutu Bakıya Azərbaycanda regional inteqrasiya planlarını həyata keçirməyə imkan verdi və bu uzun müddətdir davam edən problemi ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxardı” – deyərək  ABŞ kəşfiyyatının hesabatında deyilir.

Daha çox göstər
Back to top button