
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının genişlənmə planlarının tezliklə həyata keçirilməsinə çağırıb. Bu barədə “İnterfaks” “Efe” agentliyinə istinadən məlumat yayıb.
“Yalnız bütün avropalıları Aİ bayrağı altında birləşdirsək, qitəmizdə sülh və firavanlıq olacaq”,- o qeyd etdi.
Mart ayında AK Bosniya və Herseqovina ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağı tövsiyə edib və bu danışıqlar Brüsseldə bu həftə keçiriləcək Aİ sammitinin gündəliyində olacaq.
Çıxış zamanı AK rəhbəri onu da xatırladıb ki, Ukrayna və Gürcüstan, daha əvvəl isə Moldova artıq Aİ-yə üzv olmaq üçün namizəd ölkələr statusu alıblar, Albaniya və Şimali Makedoniya ilə danışıqlara başlanılıb.







