
Hazırda Ermənistanın gündəmində NATO-ya üzvlük məsələsi yoxdur. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todos Noticias” televiziyasına müsahibəsində deyib.
“Bizim artıq NATO ilə əməkdaşlığımız var, sülhməramlı əməliyyatlarda iştirak edirik, Əfqanıstanda idik, bu yaxınlarda Kosovoda sülhməramlılarımızın sayını artırdıq. Bizim əməkdaşlıq formatımız var. Əgər NATO-ya daxil olmaq üçün müraciət və ya arzuları nəzərdə tutursunuzsa, yox, hazırda Ermənistanın gündəmində belə bir məsələ yoxdur”.
Aİ ilə əməkdaşlığa toxunan XİN başçısı qeyd edib ki, Ermənistan vətəndaşlarının, Ermənistan xalqının Avropa istəkləri var. Bu kontekstdə Mirzoyan ER baş naziri Nikol Paşinyanın Avropa Parlamentində Ermənistanın Avropa İttifaqının mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxın olmağa hazır olduğu barədə bəyanatını xatırladıb.







