BaşlıcaEkonomikaSiyasət

ABŞ və ER nüvə enerjisi sahəsində əməkdaşlığın imkanlarını araşdırırlar: Ceyms O’ Brayen

ABŞ və Ermənistan mülki nüvə enerjisi sahəsində əməkdaşlıq imkanlarını araşdırır. Bu barədə ABŞ Dövlət departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun katibinin müavini Ceyms O`Brayen mətbuat konfransı zamanı Ermənistan iqtisadiyyatının diversifikasiyasına toxunaraq bildirib.

“Avropa Birliyi Ermənistanda mövcud olan nüvə enerjisi mənbələrinin təhlükəsizliyi və səmərəliliyinin qaldırılması istiqəmətində artıq sıx əməkdaşlığa başlayıb. Və bu əməkdaşlıq genişlənir. Ermənistan həmçinin ABŞ-ın mülki nüvə əməkdaşlığı layihələri üçün vacib ölkədir.

ABŞ və Ermənistan mülki nüvə enerjisi sahəsində əməkdaşlıq imkanlarını araşdırır. Bu, 2022-ci il Mülki nüvə enerjisi üzrə mməkdaşlıq sazişinə əsaslanır və irəliləyəndə işləyəcəyimiz bəzi konkret layihələri müəyyən etmək imkanı verəcək.  Bu səbəblə, başlanğıcda Ermənistan öz dəyişdirmə variantlarını fikirləşəndə biz texniki-iqtisadi sektoru maliyyələşdirəcəyik, yeni imkanları müəyyən etmək üçün elmi mübadilələr aparacağıq və Ermənistan iqtisadiyyatının diversifikasiyası üçün maliyyələşdirmə variantlarını araşdırmağa başlayacağıq” – deyə O’Brayen bildirib.

Onun fikirincə, ABŞ-ın səyləri Ermənistanın iqtisadiyyatının diversifikasiyasına, siyasi islahatlara və regionda sabitliyin və sülhün təmin edilməsinə dair kompleks paketə yönəlib.

 “Beləliklə, bütün bunlar birləşməli və Ermənistan xalqı üçün parlaq gələcəyə çevriləcək nəticəyə gətirib çıxarmalıdır, təkcə bu və ya digər layihə ilə bağlı olmamalıdır” – deyə ABŞ Dövlət departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun katibinin müavini yekunlaşdırıb.

Daha çox göstər
Back to top button