
Finlandiyanın paytaxtı Helsinkidə ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Finlandiya Prezidentinin sülh vasitəçiliyi departamentinin direktoru Vil Brummer ilə görüşüb.
Şura aparatının məlumatına görə, həmsöhbətlər regiondankənar və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər, bu çərçivədə ER Təhlükəsizlik Şurasının katibi Ermənistan-Azərbaycan danışıqlar prosesinin son detallarını təqdim edib.







