
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin Tavuş vilayətindən çıxarılmasını şəxsən müzakirə edə biləcəklər.
Bu barədə “RİA Novosti” Peskovun sözlərinə istinadən məlumat yayıb.
ER baş naziri Nikol Paşinyanın Tavuş rayonundan Rusiya sərhəd-keçid məntəqələrinin çıxarılması ilə bağlı bəyanatına toxunan Peskov bununla bağlı Ermənistan tərəfindən heç bir siqnal olmadığını bildirib.
“Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – deyə o qeyd edib.







