BaşlıcaSiyasət

ABŞ-ın ER-ya göstərdiyi dəstək və Brüsseldə əldə olunan razılaşmalarla bağlı məsələlər müzakirə edilib

Aprelin 25-də xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan ABŞ Senatının Təxsisatlar Komitəsinin Dövlət və Xarici Proqramlar üzrə Alt Komitəsinin Əksəriyyət Partiyasının (Demokrat) katibi Aleks Karns, eksperti Endryu Platt və Dövlət Departamentinin Qanunvericilik Məsələləri Bürosunun ayırmalar üzrə baş məsləhətçisi Paul Rademaxeri qəbul etdi. Bu barədə ER XİN məlumat yayıb.

İki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndirən nazir müavini Ermənistan-ABŞ ikitərəfli gündəliyinə və əməkdaşlığın perspektiv istiqamətlərinə toxunub.

ABŞ-ın Ermənistana göstərdiyi dəstək və aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli birgə görüşü zamanı əldə olunmuş razılaşmalarla bağlı məsələlər müzakirə edilib.

Xarici işlər nazirinin müavini Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə dövlət komissiyalarının iclasının nəticələrini təqdim edərək regionda baş verən son hadisələrə toxunub.

Daha çox göstər
Back to top button