
Respondentlərin 33,3 faizi bildirib ki, Ermənistan Dağlıq Qarabağ ermənilərinin ləyaqətlə qayıtması üçün şərait yaratmalıdır. Bu barədə iyulun 10-da jurnalistlərlə görüşdə “Galup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.
Onun sözlərinə görə, 29,5 faiz hesab edir ki, Ermənistan gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün əlverişli məqam gözləməlidir.
“21,5 faiz cavab verib ki, Ermənistanın Dağlıq Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmaq lazımdır. 10,2 faiz hesab edir ki, gələcək problemlərin qarşısını almaq üçün Qarabağ tərəfini çevirmək lazımdır. 4,6 faiz bu suala cavab verməkdə çətinlik çəkib”-deyə o əlavə edib.
Qeyd edək ki, sorğu iyulun 3-6-da 1100 respondent arasında telefon vasitəsilə aparılıb.







