BaşlıcaEkonomika

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu bu il Ermənistanda ÜDM-in 6,3 faiz artacağını proqnozlaşdırır

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun 2024-cü ilin yayına dair regional iqtisadi sorğusuna əsasən, 2024-cü ildə Ermənistan iqtisadiyyatının 6,3 faiz artacağını proqnozlaşdırır.

Bildirilir ki, 2024-cü ilin birinci rübündə qeydə alınan yüksək iqtisadi artıma baxmayaraq, əhəmiyyətli struktur dəyişiklikləri səbəbindən 2024-cü il üçün ÜDM proqnozu dəyişməz qalıb.

Artımın əsas amilləri əhəmiyyətli dərəcədə yavaşlayıb. Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu 2024-cü ilin birinci rübündə zərgərlik məmulatlarının istehsalının 12 dəfə artdığına və bu, ÜDM-in əlavə 3 faizlik artımını (9,2 faizdən) təmin etdiyinə diqqət çəkib.

İnvestisiya tələbinin artması dövlət investisiyalarının və mənzil tikintisinin daha da artması ilə şərtlənəcək. Fondun analitiklərinin fikrincə, ortamüddətli perspektivdə iqtisadi artım tempi potensial səviyyəyə uyğun olacaq və 2025-2026-cı illərdə təxminən 5,6 faiz təşkil edəcək.

Qeyd edək ki, Avrasiya İnkişaf Bankı 2024-cü ilin yekunlarına görə Ermənistanda iqtisadi artımın 7,5 faiz ola biləcəyini proqnozlaşdırıb.

Daha çox göstər
Back to top button