Parisdə Olimpiya Oyunları öncəsi kafe və restoranlara gələnlərin sayı azalıb

Parisin mərkəzindəki restoranlarda Olimpiadanın açılış mərasimi üçün qurulan maneələr səbəbindən yemək yeyənlərin sayı kəskin azalıb.
Şəhərin mərkəzi küçələri, o cümlədən Sena çayının sahilləri bir həftədir ki, metal hasarlarla bağlanıb. Bu əraziyə giriş QR kodları ilə təmin edilir və yerli sakinlərin qeyd etdiyi kimi, çoxları onları necə əldə etməyi başa düşmür. Məhdudiyyətlər iyulun 26-da axşam saatlarında keçirilməsi planlaşdırılan Olimpiadanın çayda unikal açılış mərasimi üçün tətbiq edilib.
“Biz artıq ərzaq ala bilmirik, hər şeyi özümüz daşımalıyıq, heç yerə maşın sürə bilmədiyimizdən, onun üçün istisna istəməyimizə baxmayaraq, çatdırılma sifariş edə bilmirik”, – Site adasında restoran sahibi Mariel bildirib.
Onun kafesi nahar vaxtı boş olur, halbuki adətən Parisdə boş masa tapmaq çox çətin olur.
O əlavə edib ki, hətta bizim daimi qonaqlarımız da gələ bilmir, turistlər bura necə çatacaqlarını bilmirlər.







