
“Erməni diplomata bir qrup şəxs tərəfindən Belarusun Yerevanda olan səfirliyinin binasına qarşı törədilmiş vandalizm, Belarus diplomatik missiyasına dəymiş ziyan və bunun qarşısının alınmasında Ermənistan hüquq-mühafizə orqanlarının açıq-aşkar kifayət qədər müdaxilə etməməsi barədə ətraflı məlumat verilib.
Belarus tərəfi vandalların müəyyən ediləcəyini, dəymiş ziyanın ödəniləcəyini və Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzalandırılacağını güman edir” – deyə departamentin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində Ermənistan hakimiyyətinin siyasəti ilə bağlı demişdi:
“Yaxşı, bizdən başqa ermənilər kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər.
Nə Fransa, nə Makron? Sabah Makron gedəcək və hamı bu Ermənistan barədə unudacaq”. Lukaşenkonun bu açıqlaması ER-də də etirazlara səbəb olub.
Mətn factor.am-ə aiddir.







