Beynəlxalqİctimaiyyət

Botsvanada çəkisi 2400 karatdan çox olan almaz tapılıb

Botsvananın şimal-şərqindəki Karowe mədənində 2492 karat ağırlığında almaz aşkar edilib. Bu barədə Kanadanın “Lucara Diamond Corporation” şirkəti yazıb.

Bu, dünyada indiyə qədər çıxarılan ən böyük almazlardan biridir.

“Biz bu qeyri-adi 2492 karat almazın çıxarılmasından çox həyəcanlıyıq”, – şirkətin baş direktoru Uilyam Lam bildirib. O qeyd edib ki, istifadə etdikləri yeni texnologiya və yanaşmalar sayəsində almazı zərərsiz çıxarmaq mümkün olub.

Yuxarıda qeyd olunan mədəndə çəkisi 1758 və 1109 karat olan brilyantlar da çıxarılıb.

Şirkət daşın keyfiyyətini və təxmini dəyərini açıqlamayıb. Ən böyük zərgərlik almazı 3106 karat ağırlığında olan əfsanəvi Kulinadır(“Afrika Ulduzu”). O, 1905-ci ilin yanvarında indiki Cənubi Afrika Respublikası ərazisində aşkar edilmişdir. Daş Britaniyanın Transvaal koloniyasının hökuməti tərəfindən İngiltərə kralı VII Edvarda verilmişdir. Ən böyük qiymətli daş olmayan keyfiyyətli almaz 1895-ci ildə Braziliyada aşkar edilmişdir (3167 karat).

Botsvana Afrikada ən böyük almaz istehsalçısıdır və Rusiyadan sonra dünyada ikincidir.

Daha çox göstər
Back to top button