BaşlıcaEkonomika

Birləşmiş Ştatlar erməni-amerikan ticarət əlaqələrinin möhkəmlənməsini qürurla dəstəkləyir

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin “Amerika ölkələrinin rəqabət qabiliyyətinin mübadiləsi” proqramının iştirakçıları qarşısında çıxış edərək vurğulayıb ki, Ermənistan biznes üçün açıqdır.

O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ermənistan-Amerika ticarət əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın rifahı naminə Ermənistanın davamlı iqtisadi inkişafına fəxrlə dəstək verir.

Proqram Amerika Dövlətləri Təşkilatının (OAS) himayəsi altında, ABŞ Ticarət Departamenti və Ermənistanın İqtisadiyyat nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Qarşıdakı bir həftə ərzində ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi inkişaf, innovasiya və sahibkarlıq əməkdaşlığının təşviqi perspektivləri və imkanları müzakirə olunacaq.

Bundan öncə bildirmişdik ki, sentyabrın 30-da “Amerika ölkələrinin rəqabət qabiliyyətinin mübadiləsi” (ACE Armenia) proqramının təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Hovakimyan, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin və Amerika Dövlətləri Təşkilatında daimi nümayəndə, səfir Fransisko Moran iştirak ediblər.

Daha çox göstər
Back to top button