BaşlıcaSiyasət

David Vardanyan: “Regionda təsirə malik olan ölkələr Azərbaycana təzyiqi artırmalıdır”

Fransanın nüfuzlu “Le Point”  mətbusu  “Dünya Dağlıq Qarabağda baş vermiş etnik təmizləməyə göz yumd” başlıqlı müsahibə yayımlayıb.

Bu müsahibə Ruben Vardanyanın oğlu Davud Vardanyanla keçirilib. Aşağıda “Le Point” mətbusunun giriş hissəsi və müsahibənin qısaldılmış variantı təqdim olunur.

“Dağlıq Qarabağın keçmiş sakinləri üçün bu günlərdə acı ildönümüdür. Bir il öncə Azərbaycan bu Ermənistanın nəzarətində olan anklavı və onun paytaxtı Stepanakerti ələ keçirərək, təxminən 120,000 insanı məcburi sürgün etdi.

Bir neçə erməni siyasi lider, o cümlədən keçmiş dövlət naziri Ruben Vardanyan, Azərbaycanın silahlı qüvvələri tərəfindən həbs edildi.

2023-cü il sentyabrın 27-də Ruben Vardanyan Laçın dəhlizində həbs edilib və artıq bir ildir Azərbaycanda saxlanılır, burada onun prosesi dəfələrlə təxirə salınan məhkəməsini gözləyir.

 Onun oğlu Davud Vardanyan beynəlxalq ictimaiyyəti Azərbaycana təzyiq göstərməyə çağırır ki, erməni məhbuslar azad edilsin.

 Sual: Atanızdan xəbəriniz varmı?

Cavab: – Atam 2023-cü il sentyabrın 27-də daha yeddi nəfərlə birlikdə həbs olunub. Xəbəri sosial şəbəkələrdən öyrəndik. Bu, böyük bir şok idi.

Biz ona baş çəkməyə gedə bilmirik, amma bəzən telefonla danışırıq və Beynəlxalq Qırmızı Xaç vasitəsilə mesajlar alırıq. Mən son dəfə onunla keçən həftə danışmışam.

Sual: – Onun səhhəti necədir?

Cavab: – Aprelin əvvəlində atam aclıq aksiyasına başlamışdı. Biz onun qərarını yalnız iki həftə sonra öyrəndik, çünki o, həmin vaxt dünyayla, o cümlədən vəkili ilə əlaqəsi olmayan təcridxanada saxlanılırdı.

 Beynəlxalq hüquqşünaslarımızın ona baş çəkməsinə icazə verilmir. Atam xüsusi kamerada saxlanılır: Ona 48 saat su içməyə icazə verilməyib və saatlarla ayaq üstə durmağa məcbur edilib ki, bu da beynəlxalq konvensiyalara görə işgəncə hesab olunur.

 Ona görə də məsələni BMT-nin xüsusi məruzəçisinin diqqətinə çatdırdıq. Beynəlxalq təzyiq nəticəsində Azərbaycan hakimiyyəti nəhayət ailəsi ilə telefonla danışmaq imkanı verməyə razı oldu. Anam onunla danışaraq aclıq aksiyasını dayandırmağa inandıra bildi.

Sual: – Onun məhkəməsi nə vaxt gözlənilir?

Cavab: – Bu bizim üçün ən narahatverici suallardan biridir. Məhkəmə 2024-cü ilin yanvarında keçirilməli idi. O, əvvəlcə özbaşına may ayına qədər təxirə salındı, sonra bir daha təxirə salındı.

İndi onun oktyabrda keçirilməsi planlaşdırılır, amma biz onun bir daha təxirə salınmayacağına heç bir zəmanətimiz yoxdur. Adətən, adamı aydın ittiham irəli sürmədən aylarla həbsdə saxlamaq qadağandır. Amma təəssüf ki, biz atamın həbs edildiyi ölkənin iş üslubunu bilirik…

Ermənilər və azərbaycanlılar birgə yaşamağı öyrənməlidirlər, çünki biz qonşuyuq və qonşu olaraq qalacağıq. Amma bunu güc və hədə ilə həyata keçirmək olmaz.

Sual: – COP29, BMT-nin İqlim Dəyişiklikləri Konfransı noyabrda Azərbaycanda keçiriləcək. Bakıya gələcək xarici liderlərə nə mesaj vermək istərdiniz?

Cavab: – Necə ola bilər ki, COP-u neft ixracına əsaslanan, qaz və neft hasilatına daha çox diqqət yetirən, eyni zamanda insan hüquqlarını kobudcasına pozan bir neft ölkəsinə etibar etmək olar?

Məncə, biz iqlim ədalətini insan hüquqlarından ayıra bilmərik. Bunlar bir-birilə bağlıdır. Əgər biz COP29 kimi konfranslara ciddi yanaşan inkişaf etməkdə olan ölkələrdən hörmət gözləyiriksə, ev sahibliyi edən ölkələrdən vəziyyəti dəqiq təsvir etməyi tələb etməliyik.

Ümid edirəm ki, digərləri Parisin meri xanım İdalqonun nümunəsini izləyəcək, o, Azərbaycan hökumətinin davranışına görə COP-29-a getməyəcəyini açıq şəkildə bəyan etmişdi.

Bu andan noyabr ayına qədər biz Bakıya təzyiq göstərmək üçün fürsətimiz var.

Sual: – Məgər,Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı çox yumşaq davranırmı?

Azərbaycan dünyada azadlıq səviyyəsi ən aşağı olan ölkələrdən biridir. “Freedom House”-a görə, onun azadlıq indeksi mümkün olan 100-dən cəmi 7-dir.

Böyük dövlətlərdən yalnız Fransa Bakı rejimini məsuliyyətə cəlb etdi. ABŞ, Böyük Britaniya və Almaniya kimi ölkələr regiona təsir göstərir. Onlar indiyədək etdiklərindən çox daha artığını etməlidirlər”.

Daha çox göstər
Back to top button