BaşlıcaSiyasət

Putin Paşinyan və Əliyevlə ikitərəfli görüş  keçirəcək

Rusiya Prezidenti Vladimir Putin, oktyabrın 8-də, MDB dövlət başçıları şurasının iclasından əvvəl Baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumatlandırıb.

Ermənistan Respublikası Baş naziri aparatından verilən məlumata görə, Nikol Paşinyan oktyabrın 7-8-də işgüzar səfərlə Moskvaya gedib və MDB dövlət başçıları şurasının növbəti iclasında iştirak edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha öncə bildirmişdi ki, oktyabrın 7-də, Vladimir Putinin ad günü, Moskvada MDB üzv dövlət başçıları şurasının iclası keçiriləcək.

“Bu, tam formatlı görüş olacaq və kifayət qədər dolğun gündəliyi olacaqdır” – deyə Peskov bildirib.

Paşinyan Putinə ad günü münasibətilə təbrik məktubu göndərib.

Moskva şəhərində Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan da olub, o, MDB dövlət başçıları şurasının iclası ərəfəsində keçirilən Xarici işlər nazirləri şurasının iclasında iştirak edib.

Daha çox göstər
Back to top button