BaşlıcaSiyasət

Çabaharda öz infrastrukturumuzun olmasında maraqlıyıq: Narek Babayan

ER Parlamentinin Ermənistan-İran dostluq qrupunun rəhbəri Narek Babayan “Tasnim” xəbər agentliyinə Yerevanın İranın cənubundakı Çabahar limanında əməkdaşlıq etmək istəyi, eləcə də İran parlamenti sədrinin Ermənistana səfəri barədə danışıb. ParsToday xəbər verir.

“Biz İran tərəfinin təklifi ilə təbii ki, Çabaharda öz infrastrukturumuzun olmasında maraqlıyıq ki, oradan Hindistan və Çinlə mal mübadiləsi aparaq. İran da Avrasiya ölkələri ilə ticarətdə maraqlıdır və bu istək Ermənistan vasitəsilə reallaşa bilər”, – deyə o bildirib.

Babayan həmişə bütün səviyyələrdə İran və Ermənistanın sərhədlərində hər hansı dəyişikliyi qəbul etmədiyini bəyan edən İrana təşəkkür edib.

O hesab edir ki, iki ölkə arasında ticarət əlaqələrinin həcmi siyasi əlaqələrlə eyni səviyyədə deyil və ən azı üç dəfə artaraq 3 milyard dollara çatmalıdır.

Ermənistan-İran dostluq qrupunun sədri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Ermənistana səfər planından danışarkən deyib: “Ümid edirəm ki, Yerevana dəvət olunmuş İran-Ermənistan dostluq qrupu tezliklə səfər edəcək. Amma dostluq qrupundan əvvəl ümid edirik ki, Ermənistan parlamentinin sədri tərəfindən dəvət olunmuş İran parlamentinin sədri cənab Qalibafı tezliklə Ermənistanda görəcəyik”.

Daha çox göstər
Back to top button