
Suriyada hər şeyin bitdiyi hesab edilirsə, bu, kobud səhvdir. Bu barədə iranşünas Vardan Voskanyan Telegram kanalında yazır.
“Suriyada hər şey hələ yeni başlayır və bu anda heç kim yaxın gələcəkdə hansı hadisələrin baş verəcəyini proqnozlaşdıra bilməz.
Azərbaycan mənbələrinin məlumatına görə, Türkiyə hərbi hava qüvvələrinin birbaşa iştirakı ilə artıq kürd və türkyönlü qüvvələr arasında aktiv toqquşmalar gedir.
İsraildə onlar Golan təpələrinin şimalında Suriya ərazisində druzların hansısa muxtar birliyinin yaradılması və ya həmin ərazinin faktiki olaraq İsrailə birləşdirilməsi istiqamətində fəal işləyirlər.
Netanyahu çıxışında Suriya kürdlərinə xüsusi diqqət yetirir, İsrail KİV-ləri İsrailin kürd qüvvələrinə mümkün dəstəyindən danışır.
Rusiya Tartusdakı hərbi dəniz bazasını saxlamağa, İran isə Suriyada formalaşacaq yeni reallıqlar şəraitində Livanla quru əlaqəsini təmin etməyə çalışacaq.
Suriyada qurulacaq yeni hökumət də hələlik “tapmaca” kimidir, çünki bir-birini qırmağa hazır olan müxtəlif qruplar Bəşər Əsədin simasında ortaq düşmən olana qədər “birləşmiş” idilər, indi isə o getdi, hakimiyyətin bölüşdürülməsinin “cazibədar” prosesi başlayacaq”.







