
ER ədliyyə naziri Srbuhi Qalyan ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinni qəbul edib.
Bu barədə ER Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazir Ermənistanın ədliyyə sistemində həyata keçirilən islahatlara ABŞ-ın ardıcıl dəstəyinin vacibliyini qeyd edib. Görüş zamanı nazirliyin islahatlar prioritetləri müzakirə edilib, xüsusən də Konstitusiya islahatlarına və bir sıra qanunvericilik təşəbbüslərinə toxunulub.
Tərəflər ABŞ səfirliyi və ABŞ-ın müvafiq qurumları vasitəsilə 3 əsas strateji sahədə həyata keçirilən proqramlı əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Gələn il üçün tərəfdaşlıq prioritetlərini müzakirə edərək, hər iki tərəf yeni gündəmlərin birgə işlənib hazırlanması və həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda Ermənistan və ABŞ arasında qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması məsələsi müzakirə olunub.







