
Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin yanvarda 14-ə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqları barədə bəyanatını şərh edərkən bildirib.
“Bizim Ermənistanla ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk və gələcəkdə də inkişaf etdirmək niyyətindəyik”, – Peskov bildirib.
O əlavə edib ki, bütün ölkələrlə, o cümlədən ABŞ-la münasibətləri inkişaf etdirmək Ermənistanın suveren hüququdur.
“Bu, bizim erməni dostlarımızın mütləq suveren hüququdur. Münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək Ermənistanın suveren hüququdur”, – Kremlin mətbuat katibi vurğulayıb.
Peskov eyni zamanda vurğulayıb ki, ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb.







