
Aprelin 28-dən mayın 8-dək Tbilisi yaxınlığındakı Krtsanidə Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) Gürcüstan və NATO hərbçiləri üçün komanda-qərargah təlimi keçiriləcək.
Bu barədə İtaliyanın Gürcüstandakı səfirliyi məlumat yayıb. Səfirlikdən verilən məlumata görə, təlimin məqsədi Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin imkanlarını sınaqdan keçirmək və əsasən gürcüstanlı, eyni zamanda beynəlxalq hərbçilərin də olduğu briqadanın sınaqdan keçirilməsidir.
Təlimdə Azərbaycan, Albaniya, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Polşa, Slovakiya, ABŞ, Türkiyə və Fransanın hərbçiləri də iştirak edəcək.
Ermənistan təlimdə müşahidəçi qismində təmsil olunacaq.
Mətn factor.am-ə məxsusdur.







