
Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarınnda American Airlines sərnişin təyyarəsi ilə ABŞ hərbi Black Hawk helikopterinin toqquşması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin X mikrobloqunda bildirib.
“Vaşinqton yaxınlığında çoxlu insanın ölümünə səbəb olan faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı və təsəlli sözlərimizi bildiririk”, – bəyanatda qeyd olunub.
Bəyanatda qeyd olunur ki, Ermənistan ABŞ xalqı ilə həmrəydir.







