
Fevralın 4-də Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransa Prezidentinin hərbi müşaviri, Xüsusi Hərbi Qərargah rəisi, ordu generalı Fabien Mandon ilə görüşüb.
Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan və Fransa arasında dostluq münasibətlərinə dair geniş spektrli məsələlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.







