BaşlıcaSiyasət

AB  missiyasının rəhbəri Vasilis Maragos Sumqayıt hadisələrinin 37-ci ildönümü ilə bağlı başsağlığı verib

Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maragos Sumqayıt hadisələrinin 37-ci ildönümü ilə bağlı başsağlığı verib.

Aldığımız məlumata görə, Maragos bu barədə X sosial şəbəkəsində yazıb.

“Biz 1988-ci ilin Sumqayıt hadisələrini xatırlayırıq və doğmalarını/dostlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk.

 AB sülhə və regionda vəziyyətin nizamlanmasına sadiqdir. Uzunmüddətli və dayanıqlı sülhə nail olmaq, belə faciələrin bir daha heç bir xalq üçün təkrarlanmamasını təmin etmək üçün birlikdə çalışmalıyıq” – deyərək Maragos qeyd edib.

Daha çox göstər
Back to top button