
Ermənistanın Baş naziri Nikol Paşinyan 9 may tarixində Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
Alınan məlumata görə, bu barədə Kremlin rəsmi saytı Ermənistanın Baş naziri və Rusiya Prezidentinin telefon danışığının təfərrüatlarını təqdim edərkən bildirib.
“Ermənistanın Baş naziri təsdiq edib ki, Rusiya Prezidentinin dəvətini qəbul edir və 9 may tarixində Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək” – deyərək məlumatda qeyd olunub.







