BaşlıcaSiyasət

Ermənistan və İran XİN rəhbərləri Araks çayı üzərində yeni körpünün tikintisini müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündə Araks çayı üzərində yeni körpünün tikintisi məsələsinin də müzakirə edildiyini açıqlayıb.

“Armenpress”in məlumatına görə, bunu İranın xarici işlər naziri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı qeyd edib.

İranlı nazir bəyan edib ki, Tehran və Yerevan tranzit yükdaşımaları sahəsində şərait yaratmağa və onların işini asanlaşdırmağa hazırdırlar. 

“Yüklərin daşınmasını asanlaşdırmaq üçün də Araks çayı üzərində yeni körpünün tikintisi ilə bağlı gözəl söhbətimiz oldu”, – İranın xarici işlər naziri bildirib.

Daha çox göstər
Back to top button