
ABŞ Konqresinin Nümayəndələr Palatasının 60 nümayəndəsi Bakının Dağlıq Qarabağın 120 min yerli erməni xristian əhalisinə qarşı etnik təmizləmə aparmasını, Ermənistan Respublikasının suveren ərazisinin davam edən işğalını, eləcə də erməni əsirlərin qanunsuz həbsini əsas gətirərək, ABŞ Dövlət Katibi Marko Rubionu Azərbaycana hərbi yardımı dayandırmağa və onu bu cinayətə görə cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
“Armenpress” xəbər verir ki, bu barədə ABŞ-ın Erməni Hat Dat Komitəsi məlumat yayıb və qeyd edib ki, konqresmenlər ABŞ dövlət katibinə məktubla müraciət ediblər.
Azərbaycanın Dağlıq Qarabağda 120 min yerli erməniyə qarşı etnik təmizləmə aparmasına istinad edən ABŞ qanunvericiləri vurğulayıblar ki, Azərbaycan maddi nəticələrlə üzləşmədən və ya öz hərəkətlərinə görə məsuliyyət daşımadan Ermənistana qarşı davam edən təcavüzü ilə Cənubi Qafqazda ədalətli, davamlı və ləyaqətli sülhün təmin edilməsi səylərini sarsıtmağa davam edir.
Məktubu imzalayanlar Dövlət Katibi Rubionu ABŞ administrasiyalarının 907-ci bənddən yan keçməsinə imkan verən səlahiyyətindən istifadə etməməyə və bunun əvəzinə Azərbaycanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün qanunu bütövlükdə tətbiq etməyə çağırıblar.
“Azərbaycanın davam edən təcavüzü, erməni hərbi əsirlərə qarşı zorakılıq, erməni xristian mədəni irsinin məhv etməsi, Dağlıq Qarabağ ermənilərinin öz evlərinə sağ-salamat qayıtmaq hüququnun inkar edilməsi fonunda Azərbaycana qarşı məsuliyyətin olmaması nəinki onun hərəkətlərini normallaşdıracaq, həm də Vaşinqtonun hərəkətsizlikdən istifadə edən ABŞ-ın rəqiblərini cəsarətləndirəcək”, – deyə məktubda qeyd edilib.







