BaşlıcaSiyasət

Silahlı Qüvvələrin Baş Qərargah rəisi 25 günlük təlim-məşq toplanışlarında iştirak edən ehtiyatda olan hərbçilərlə görüşüb

Martın 29-da Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan 25 günlük təlim-məşq toplanışlarında iştirak edən ehtiyatda olan hərbçilərlə görüşüb.

“Armenpress”in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin düzgün təşkili və keçirilməsinə görə səfərbərlik prosesində iştirak edən məsul strukturların rəhbərlərinə minnətdarlığını bildirib. O, ehtiyatda olan hərbçilərə də minnətdarlığını bildirib.

General-leytenant Edvard Asryan təlim iştirakçılarını maraqlandıran sualları da cavablandırıb. Görüşün sonunda təlim zamanı ən yüksək nəticə göstərən ehtiyatda olan hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Daha çox göstər
Back to top button