
Azərbaycan və Gürcüstan Prezidentlərinin birgə mətbuat görüşü zamanı Azərbaycan prezidenti elan etdi ki, sözdə “Orta Dəhliz” Cənubi Qafqazda Gürcüstan və Azərbaycanın ərazisindən keçəcək.Biz Ermənistanı bu proqramda tədbiq etmək üçün nəsə addımlar atırıqmı?
“Bu layihədə Ermənistanın daxil edilməsi üçün, hansı addımlar atılır?”
Ararat Mirzoyan cavabında bildirdi:
“Aydındır ki, Ermənistan hökumətinin təşəbbüs etdiyi və hazırladığı “Sülh Kəsişməsi” layihəsi də yeni logistik yolların axtarışı və ya təsdiqi kontekstindədir.
Bu təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün keçid rolunu oynaya bilər. Bunu “Orta Dəhliz”in bir hissəsi kimi də adlandırmaq olar.
Çoxlu ekspertlər iddia edir ki, ‘Sülh Kəsişməsi” layihəsi “Orta dəhliz”in bir qoludur. Avropada da oxşar layihələr mövcuddur.
Bütün dünya bu günlərdə yeni logistik marşrut imkanlarını axtarır və bizim ‘Sülhün Kəsişməsi’ layihəmiz bu konsepsiyalara mükəmməl uyğun gəlir.
Daha da əlavə edim: Biz Azərbaycana qarşılıqlı qəbul edilə bilən konstruktiv və praktiki təkliflər irəli sürmüşük. Əgər müsbət rəsmi cavab alınarsa, biz infrastrukturun blokadan çıxarılmasına və hətta sülh sazişinin imzalanması və ratifikasiya prosesi ilə əlaqələndirmədən birbaşa “Orta dəhliz”ə qoşulmağa başlaya bilərik”- deyərək Mirzoyan qeyd edib.







