
Prezident Trampın Erməni Soyqırımını zəif “anım” etməsi inkarçılara hədiyyədir. Bu barədə amerikalı konqresmen Frenk Pallon öz Facebook səhifəsində Donald Trampın sələfi, demokrat Co Baydendən fərqli olaraq 24 aprel müraciətində 1915-ci il hadisələrini “Mets Ye]ern” kimi qələmə verərkən “soyqırım” ifadəsindən istifadə etməməsinə işarə edərək yazıb.
“ABŞ-ın tanınması rəsmi və dönməzdir, lakin onun soyqırım sözünü işlətməkdən imtina etməsi həqiqəti sarsıdır və 1915-ci il qurbanlarının xatirəsini ləkələyir. Tarix qorxaqlıq deyil, aydınlıq tələb edir”, – Pallone yazıb.
Dünən ABŞ prezidenti Donald Tramp Erməni Soyqırımının 110-cu ildönümü ilə bağlı mesaj göndərib və “soyqırım” sözündən istifadə etməyib.







