Başlıcaİctimaiyyət

Anastas Mikoyanın nəvəsi Stas Namin və ailəsi Ermənistan vətəndaşlığını qəbul edib

Siyasətçi Anastas Mikoyanın nəvəsi, “Çiçəklər” rok qrupunun yaradıcısı, bəstəkar və prodüser Stas Namin ailəsi ilə birlikdə Ermənistan pasportları alıb. O, bu barədə mətbuat konfransında məlumat verib.

“Əslində mən ailəmlə birlikdə pasport almışam. Buranı çox bəyənirik, hətta balaca uşaqlar da. Biz Ermənistana tez-tez gəlirik, hətta buradan mənzil almışam və hazırda təmir edirəm.

 Çox güman ki, biz də burada yaşayacağıq” – deyərək  Namin Ermənistana köçmək ideyasının hələ 1980-ci ildə ondan yarandığını, lakin o vaxt baş tutmadığını bildirib.

Onun sözlərinə görə, təşkil etdiyi festival ABŞ-da yüksək qiymətləndirildikdən sonra DTK-nın Ermənistan bölməsi faktiki olaraq onu ölkəni tərk etməyə məcbur edib.

 Bundan sonra musiqiçi 30 ildir ki, Ermənistana səfər etmir. O, ölkəyə ilk dəfə yalnız 2017-ci ildə dəvət olunub.

Daha çox göstər
Back to top button